AZERBAIJAN

Azerbaijan Red Crescent Society

@azredcrescent

Baku
https://redcrescent.org.az/
Non-profit Organizations

Overview

About Azerbaijan Red Crescent Society

192 milli cəmiyyəti olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı dünyanın ən böyük humanitar təşkilatıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu qlobal cəmiyyətin ayrılmaz üzvüdür və 100 ildən çoxdur ki, ölkədə humanitar sahədə fəaliyyət göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).

Tarix

1920-ci il Mart ayının 10-da Azərbaycan Demokratik Respublikasının Nazir əvəzi General Leytenant Əliağa Şıxlinski və Baş Nazir Fətəli Xan Xoyskinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaradıldı.

Fundamental Prinsiplər

• Humanizm
• Qərəzsizlik
• Neytrallıq
• Müstəqillik
• Könüllülük
• Vahidlik
• Universallıq

Fəaliyyət İstiqaməti

• Fövqəladə hallara hazırlıq və cavab vermə
• Miqrasiya
• Sağlamlıq və qayğı
• İlk yardım
• Gənclər və könüllülər
• Beynəlxaq Əlaqələr
• İnformasiya və İctimaiyyətlə əlaqələr
• Beynəlxalq Humanitar Hüquq (BHH) və Fundamental Prinsiplərin yayımı
• İcmaların inkişafı
• Humanitar yardım
• Fondların artırılması
• Axtarış

Headquarters

Baku

Website

https://redcrescent.org.az/

Company Size

201-500 employees

Industry

Non-profit Organizations

Company Type

Nonprofit

Founded

2026

Specialties

NGO, non-profit, humanitarian aid, first aid, health and social care, emergency response, charity, and volunteering

Posts