MATANAT

Matanat A Group of Companies

@matanat_a_official

Baku
http://www.matanata.com
Wholesale Building Materials

Overview

About Matanat A Group of Companies

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir
Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.
2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

Aktiv vakansiyalarla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.

Keçid: https://www.linkedin.com/company/matanat-a-careers/

Headquarters

Baku

Website

http://www.matanata.com

Company Size

501-1,000 employees

Industry

Wholesale Building Materials

Company Type

Privately Held

Founded

2000

Specialties

İNŞAAT MATERİALLARI, BİNMADER, GİPS, AĞDAĞ, KERAMİKA YAPIŞDIRICILARI, Emulyasiyalar, FASTNATURAL, BLOKPAN, PARAKONTAKT, QRANİYAP, İZOKONTAKT, İZOLATEXE, MATANAT A, ROKOL, and PROMATEKTOR

Posts